Yuxarı
    Bağlamaq

    ​Rusiyada axtarışda olan şəxs Gəncədə tutulub

    O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə axtarışda olub

    Bakı. 31 dekabr. REPORT.AZ/ Gəncə şəhərində cinayətkar şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Şəhərin Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 29-da Vasif Novruzova bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini Adil Əzizov tutulub. Onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olması da müəyyən edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi