Rusiyada qətlə görə axtarışda olan şəxs Azərbaycanda tutulub

Rusiyada qətlə görə axtarışda olan şəxs Azərbaycanda tutulub Onun Rusiyaya ekstradisiya olunması istiqamətində iş aparılır
Hadisə
2 Mart , 2016 11:43
Rusiyada qətlə görə axtarışda olan şəxs Azərbaycanda tutulub

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Namiq Dəmirov tutulub.

Onun Rusiyaya ekstradisiya olunması istiqamətində iş aparılır.

Son xəbərlər

Orphus sistemi