Rusiyada adam oğurluğunda şübhəli bilinən azərbaycanlılar saxlanılıb

Rusiyada adam oğurluğunda şübhəli bilinən azərbaycanlılar saxlanılıb Cinayətkarlar oğurladıqları şəxsləri öz əmlakını onların üzərinə qeydiyyata salmağı məcbur edirmişlər
Hadisə
26 Dekabr , 2014 15:43
Rusiyada adam oğurluğunda şübhəli bilinən azərbaycanlılar saxlanılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Moskva şəhəri hüquq-mühafizə orqanlarının əməkdaşları bir moskvalı və onun oğlunun oğurlanmasında şübhəli bilinən iki Azərbaycan vətəndaşını saxlayıb. Cinayətkarlar oğurladıqları şəxsləri öz mənzilərini onların üzərinə qeydiyyata salmağı məcbur edirmişlər. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, girovlar dekabrın 20-də azad olunublar. Adam oğurluğu və şantaj faktı üzrə cinayət işi açılıb, saxlanılan şəxslərə ittiham irəli sürülüb. 

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, dekabrın 4-də özlərini kommunal xidmətin işçiləri kimi təqdim edən naməlum şəxslər Moskva sakininin Sevastopol prospekti, ev 46 ünvanında yerləşən mənzilinə daxil olublar. Cinayətkarlar kişini döyüb, onu Tula vilayətinin Uzlovaya şəhərinə aparıb və kirayəyə götürülən evdə saxlayıblar. Ertəsi gün şübhəli şəxslər eyni üsulla kişinin 29 yaşlı oğlunu qaçırıblar. 

Cinayətkarlar mənzil sahibindən əmlakını oğruların birinin adına qeydiyyata salmağı tələb edirmişlər. 

Son xəbərlər

Orphus sistemi