​Rusiyada 4 yaşlı qızın ölümünə səbəb olan azərbaycanlı əfv olunub

​Rusiyada 4 yaşlı qızın ölümünə səbəb olan azərbaycanlı əfv olunub O, 16 mart 2016-cı tarixində amnistiyaya düşüb
Hadisə
31 Mart , 2016 07:33
​Rusiyada 4 yaşlı qızın ölümünə səbəb olan azərbaycanlı əfv olunub

Bakı. 31 mart. REPORT.AZ/ Rusiyada 4 yaşlı qız uşağının ölümü ilə nəticələnən səs-küylü yol-nəqliyyat hadisəsi üzrə bir neçə il davam edən məhkəmə prosesi bütün ittihamların müttəhimin üzərindən götürülməsi ilə yekunlaşıb.

"Report" xəbər verir ki, 2012-ci ilin yayında əslən Azərbaycandan olan Yakov Abdullayev Kemerovo şəhərinin Vesennaya küçəsindəki piyada keçidlərindən birində 4 yaşlı uşağı maşınla vuraraq öldürüb.

Məlumata görə, 4 il davam edən məhkəmə çəkişməsindən sonra Yakov Abdullayev amnistiyaya düşüb.

Müəyyən edilib ki, müqəssir hadisə baş verən zaman sürücülük vəsiqəsini 4 gün imiş ki alıb. Həmin gün o sözügedən küçədə yüksək sürətlə hərəkət edirmiş. Qəza cəmiyyətdə geniş rezonans yaradıb. 2013-cü ildə başlayan məhkəmə prosesi 13 dəfə uzadılıb. 2013-cü ilin payızında məhkəmə prosesi dayandırılıb. 16 mart 2016-cı tarixində məhkəmə iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülən iddiaların amnistiyaya düşməsi ilə əlaqədar onun üzərindən götürülməsi barədə qərar çıxarıb.

Son xəbərlər

Orphus sistemi