Bakı. 4 mart. REPORT.AZ/ Rusiyanın Komi Respublikasının Vorkuta bölgəsində 36 nəfərin ölümünə səbəb olan "Sever" mədəni 40-50 gün ərzində su ilə doldurulacaq.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda qərarı uçqun nəticələrinin aradan qaldırılmasından cavabdeh Texniki şura verib.
"Vorkutauqol" şirkətinin mətbuat katibi Tatyana Buşkova bildirib ki, mədənə su bu gecədən etibarən verilməyə başlanacaq.