Yuxarı
    Bağlamaq

    ​Rusiyada 31 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib

    Ona üç bıçaq zərbəsi vurulub

    Bakı. 7 avqust. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq vilayətinin Nevski rayonunda Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, avqustun 6-da gecə Podvoyski küçəsi, ev 16 ünvanında baş verən dava həmyerlimizin ölümü ilə nəticələnib.

    Nevski rayonunda baş verən insident barədə məlumat polisə səhər saat 4 radələrində daxil olub. Kafe qarşısında söz çəkişməsi ilə başlayan dava zamanı tərəflərdən biri digərini bıçaqlayıb və hadisə yerindən qaçıb. Ölən şəxs 31 yaşlı azərbaycanlı olub. Kriminalistlər onun meyiti üzərində ən azı 3 bıçaq yarası aşkar ediblər.

    İsti izlərlə axtarışa başlayan hüquq-mühafizə orqanları əməkdaşları şübhəli şəxsin İskrovski prospektində yerləşən evlərdən birində yaşadığını müəyyən ediblər.

    Səhər tezdən əvvəllər məhkum edilməyən 41 yaşlı peterburqlu tutulub. Dindirilmə zamanı o bildirib ki, üzərinə üç qafqazlı hücum edib və o, müdafiə olunmaq məcburiyyətində qalıb.

    Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi