​Rusiyada 3 uşaq atası olan azərbaycanlı azadlıqdan məhrum edilib

​Rusiyada 3 uşaq atası olan azərbaycanlı azadlıqdan məhrum edilib Füzuli Əliyev yerli sakinə qarşı zorakılıqda müqəssir bilinib
Hadisə
1 Yanvar , 2016 19:54
​Rusiyada 3 uşaq atası olan azərbaycanlı azadlıqdan məhrum edilib

Bakı. 1 yanvar. REPORT.AZ/ Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerli sakinə qarşı cinsi xarakterli hərəkətlər etməkdə müqəssir bilinən Azərbaycan vətəndaşı Füzuli Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" "Tobolsk-İnform"a istinadən xəbər verir ki, hadisə 2015-ci ilin 23 avqust tarixində baş verib.

O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Şəhərin prokuror köməkçisi İlsiya Şonoxovanın sözlərinə görə, üç uşaq atası olan Füzuli Əliyev etdiyi cinayəti boynuna alıb və məhkəmə prosesinin xüsusi qaydada aparılmasını xahiş edib.

Miqrant məhkəmə zalında həbs olunub.

Son xəbərlər

Orphus sistemi