Rusiyada 2 yaşlı uşağı qətlə yetirən azərbaycanlı qadının məhkəməsi başlayıb

Rusiyada 2 yaşlı uşağı qətlə yetirən azərbaycanlı qadının məhkəməsi başlayıb Qadını 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir
Hadisə
9 Avqust , 2017 10:54
Rusiyada 2 yaşlı uşağı qətlə yetirən azərbaycanlı qadının məhkəməsi başlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ Rusiyanın İvanovo vilayətində iki yaşlı qız uşağını vəhşicəsinə qətlə yetirməkdə ittiham olunan azərbaycanlı qadının məhkəmə prosesi başlayıb.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Xatırladaq ki, müttəhim kürsüsündə əyləşən qadın ərinin başqa qadından olan nikahdankənar qızını öldürdükdən sonra meyiti çayda batırıb. Qətl hadisəsi keçən ilin payızında İvanovo şəhərində törədilib. Qadın iki yaşlı Yananı evlərinin qarşısından qaçıraraq onu "Xarinka" parkındakı çayda boğaraq öldürüb.

Bütün şübhələr dərhal müttəhimin üzərinə yönəlib. O, əvvəlcə günahını boynuna almasa da, təkzibolunmaz faktlar qarşısında aciz qalaraq, təqsirini etiraf edib. İndi qadını 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mərhumun anası məhkəmədə müttəhimin həyat yoldaşı ilə münasibətlərinin əvvəlində onun ailəsinin olduğunu bilmədiyini bildirib.

Qətlə yetirilən qızın anası uşağın atasının azərbaycanlı qadınla ailəli olduğunu yalnız hamilə olan zaman öyrənib. Qadın müttəhimin əri ilə münasibətlərini kəssə də, kişi uşaqdan imtina etməyib və onlara maddi yardım göstərməyə davam edib. Məhz bu hərəkətlərin azərbaycanlı qadını qıcıqlandırdığı və uşağı vəhşicəsinə qətlə yetirməyə sövq etdiyini güman olunur.

Son xəbərlər

Orphus sistemi