Yuxarı

Rusiyada 2 yaşlı qızı öldürməkdə şübhəli bilinən azərbaycanlı qadına hökm oxunub

Rusiyada 2 yaşlı qızı öldürməkdə şübhəli bilinən azərbaycanlı qadına hökm oxunub
O, cinayət törətməkdə təqsirli bilinərək 12,5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 22 avqust. REPORT.AZ/ Rusiyanın İvanova vilayətində 2 yaşlı qızı öldürməkdə şübhəli bilinən azərbaycanlı qadına hökm oxunub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, azərbaycanlı qadın cinayət törətməkdə təqsirli bilinərək 12,5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, cinayət 2016-cı ilin sentyabr ayında törədilib. İstintaq zamanı müəyyən olunub ki, qadın uşağı onun anasına qarşı münasibətinə görə öldürüb. Belə ki, qadının öldürdüyü uşaq həyat yoldaşının başqa qadından dünyaya gələn qızı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi