Rusiyada 14 ildir axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada 14 ildir axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb 2003-cü ildə azərbaycanlı mübahisə etdiyi şəxsi bıçaqla yaralayıb
Hadisə
5 Oktyabr , 2017 10:26
Rusiyada 14 ildir axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyanın Altay vilayətində 14 ildir axtarışda olan Azərbaycan vətəndaşı, Rubtsovsk sakininin sağlamlığına ciddi zərər vurmaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, azərbaycanlı 2003-cü ildə mübahisə etdiyi şəxsi bıçaqla yaralayıb.

Hücum edən şəxsə ittiham irəli sürülüb və onun ölkəni tərk etməsinə qadağa qoyulub, amma hadisəni törətməkdə şübhəli bilinən şəxs qaçaraq gizlənib.

O, 14 ildir axtarışda idi. Bu ilin avqust ayında onu Rubtsovsk şəhərində saxlayıblar.

Son xəbərlər

Orphus sistemi