​Rusiyada quldurluqla məşğul olan azərbaycanlı tutulub

​Rusiyada quldurluqla məşğul olan azərbaycanlı tutulub O, qarət, quldurluq və şantajla məşğul olan cinayətkar dəstənin üzvü olub
Hadisə
2 Yanvar , 2015 08:25
​Rusiyada quldurluqla məşğul olan azərbaycanlı tutulub

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiyanın Saratov vilayətində qarət, quldurluq və şantaj edərək pul almaqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinə hökm oxunub.

"Report" xəbər verir ki, müttəhimlər eyni zamanda Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə müqəssir biliniblər.

Rus, iki çeçen və bir azərbaycanlıdan ibarət dəstə Saratov vilayətinin Fedorovski və Sovetski rayonlarında cinayətkar fəaliyyətlə məşğul olub.

Rusiya Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, cinayətkar qrupun üzvləri bu ilin 3 aprel tarixində yaxalanıblar.

Dəstə Fedorovski və Sovetski rayonlarının 16 sakininə qarşı müxtəlif cinayətlər törədiblər. Dəyən ümumi ziyanın dəyəri 450 min rubldan artıqdır.

Məhkəmə qrup üzvlərinin 10, 12 və 14 il müddətinə azadlıqdan məhrum edilmələri haqqında hökm çıxarıb.

Son xəbərlər

Orphus sistemi