Rusiya vətəndaşlarının üzərində 120 min dollar aşkarlanıb

Rusiya vətəndaşlarının üzərində 120 min dollar aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Dekabr , 2016 12:29
Rusiya vətəndaşlarının üzərində 120 min dollar aşkarlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İdarənin “Samur” gömrük postunda Rusiya istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, şəxsi yoxlama nəticəsində, həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120 min ABŞ dolları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi