Bakı. 5 dekabr. REPORT.AZ/
Komitədən “Report”a verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmayan 500 qramdan çox qızıl məmulatları müəyyən olunub. Belə ki, avtomobilin salonunda - arxa oturacağın arxasında olan gödəkçənin sağ yan cibindəki bir ədəd polietilen paketin içərisində, 137 qram 10 ədəd qızıl üzük-sırğa dəsti, 26 qram 2 ədəd qızıl qolbaq və 8 qram 1 ədəd qızıl üzük, ön sol oturacağın ayaq əyləcinin altındakı örtüyün arxasında - 2 ədəd polietilen paketin içərisində isə 223 qram 15 ədəd qızıl üzük-sırğa dəsti, 42 qram 6 ədəd qızıl üzük, 28 qram 3 ədəd qızıl qolbaq, 35 qram 5 cüt qızıl sırğa, 28 qram 4 ədəd qızıl boyunbağı və 6 qram 3 ədəd qızıl kulon aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.