Yuxarı

Rusiya prokurorluğu azərbaycanlı dənizçilərə əməkhaqqı ödənilməməsini araşdırır

Rusiya prokurorluğu azərbaycanlı dənizçilərə əməkhaqqı ödənilməməsini
© Sm-news

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası Cənub Nəqliyyat Prokurorluğu azərbaycanlıların da olduğu “Surov” quru yük gəmisinin heyətinə əməkhaqqının ödənilməməsi ilə bağlı araşdırmalara başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Türkiyənin “Vicaro Overseas Co” şirkətinə məxsus, Monqolustan bayrağı altında üzən gəminin kapitanı və kapitanın böyük köməkçisi Azərbaycan vətəndaşı, digər heyət üzvləri isə Rusiya vətəndaşıdır.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (İTF) müfəttişi Olqa Ananina gəmi heyətinin bir neçə aydır əməkhaqqı ala bilmədiyini söyləyib.

Dekabrın 26-da Qara dənizin şimalındakı Rusiyaya məxsus Taman yarımadası sahillərində saya oturan “Surov” gəmisinin heyəti xilasedicilər tərəfindən sahilə çıxarılmış, sonralar gəmi sahibi ilə gəminin daşınması, bəzi heyət üzvlərinin repatriasiyasına dair danışıqlar aparılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi