Rusiya İstintaq Komitəsi azərbaycanlıların öldüyü yol qəzasından sonra yoxlamalara başlayıb

Rusiya İstintaq Komitəsi azərbaycanlıların öldüyü yol qəzasından sonra yoxlamalara başlayıb Stavropolda müstəntiqlər altı Azərbaycan vətəndaşının öldüyü yol qəzası faktı üzrə araşdırmalara başlayıb
Hadisə
6 Mart , 2019 12:02
Rusiya İstintaq Komitəsi azərbaycanlıların öldüyü yol qəzasından sonra yoxlamalara başlayıb
0 : 00
0 : 00

Bakı. 6 mart. REPORT.AZ/ Stavropolda müstəntiqlər 6 Azərbaycan vətəndaşının öldüyü yol qəzası faktı üzrə araşdırmalara başlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Rusiya İstintaq Komitəsinin (İK) məlumatına görə, mikroavtobusda 8 sərnişin və 1 sürücü olub. İlkin məlumatlara görə, 6 nəfər ölüb, ZİL-in sürücüsü də daxil olmaqla, 4 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, müstəntiq həmçinin məhkəmə-tibbi ekspertizası təyin edib, o cümlədən avtomobilin yola çıxmazdan əvvəl saz vəziyyətdə olub-olmadığı müəyyənləşdirilir. Keçiriləcək kompleks tədbirlərin nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.

Xatırladaq ki, bu gün səhər Stavropolda Azərbaycandan Moskvaya özəl reys həyata keçirən minivan və qarşı zolaqda hərəkət edən ZİL markalı yük maşınının iştirakı ilə yol qəzası baş verib.

Regionun Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyindən bildirilib ki, qəzanın baş vermə səbəblərindən biri ZİL-in sürücüsünün sükan arxasında yuxuya getməsi, şəraityaradıcı əlavə səbəb isə maneələrin yoxluğu ola bilər.

Son xəbərlər

Orphus sistemi