Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiya İstintaq Komitəsi Yapon dənizində "Vostok" balıqçı gəmisinin itkin düşməsi faktı ilə bağlı yoxlama aparır.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Nəqliyyat üzrə Uzaq Şərq İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Darya Nemtseva bildirib.
Xatırladaq ki, göyərtəsində 21 nəfərin olduğu "Vostok" balıqçı gəmisi qəza siqnalından sonra itkin düşüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gəminin göyərtəsində Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşları olub.
Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.
Axtarışlar hələlik nəticə verməyib.