Rusiya FHN Bİ: "Dalni Vostok" balıqçı gəmisindən 4 azərbaycanlı xilas edilib

Rusiya FHN Bİ: "Dalni Vostok" balıqçı gəmisindən 4 azərbaycanlı xilas edilib Saxalin vilayəti üzrə FHN Bİ batan gəminin ekipaj üzvlərinin siyahısını və xilas olanların adlarını dərc edib
Hadisə
2 Aprel , 2015 14:09
Rusiya FHN Bİ: Dalni Vostok balıqçı gəmisindən 4 azərbaycanlı xilas edilib

Bakı. 2 aprel. REPORT.AZ. Saxalin vilayəti üzrə FHN Bİ Oxot dənizində Kamçatka sahillərində batan "Dalni Vostok" gəmisinin ekipaj üzvlərinin siyahısını və xilas olanların adlarını dərc edib. "Report" xəbər verir ki, FHN Bİ məlumatına əsasən, göyərtədə 130 nəfər olub, onlardan 63-ü xilas edilib. Xilas olunanlardan 56 nəfərin adları məlumdur, 7 nəfər ağır vəziyyətdədir və buna görə adlarını bildirə bilmir. 

Sağ qalanların siyahısında 4 azərbaycanlının da adı var: İ.H. Sadiqov - 1-ci dərəcəli matros, M.U. Talıbov - 4-cü mexanik, E.S. Əliyev - emal ustası, Y.S. Əliyev - 2-ci dərəcəli matros. 

Hazırda qalan ekipaj üzvlərinin taleyi dəqiqləşdirilir. 

Xatırladaq ki,  "Dalni Vostok" balıqçı gəmisinin ekipaj üzvləri siyahısında 7 azərbaycanlının adı var. 

Son xəbərlər

Orphus sistemi