Yuxarı

Rusiya Federasiyasında axtarışda olan şəxs Azərbaycanda saxlanılıb

Araşdırmalar davam etdirilir

Bakı. 13 oktyabr. REPORT.AZ/ Rusiyada axtarışda olan şəxs Azərbaycanın Ağcabədi rayonunda tutulub.

 "Report"un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Vüqar Səfərov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi