Yuxarı

Rusiya çimərliyində 24 yaşlı azərbaycanlı batıb

​Rusiya çimərliyində 24 yaşlı azərbaycanlı batıb

Mayın 11-də Başqırdıstan Respublikasının (Rusiya) Ufa şəhərinin Solneçnı çimərliyində gənc oğlan batıb.

"Report" xəbər verir ki, əraziyə dərhal kater ilə xilasedicilər yolansalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Təəssüf ki, kişini xilas etmək mümkün olmadı, o, yardım gələnə qədər batdı", - deyə Ufanın Mülki Müdafiə İdarəsindən bildirilib.

Çimərlikdə batan şəxs 24 yaşlı azərbaycanlı olub. Dalğıclar onun meyitini hələ də tapa bilməyiblər. Axtarış işləri davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi