Yuxarı

​Rusiyada soyğunçuluqda şübhəli bilinən 19 yaşlı azərbaycanlı tutulub

Hadisə Domodedovo şəhərində qeydə alınıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Rusiyanın Domodedovo şəhərində soyğunçuluqda şübhəli bilinən 19 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, yanvarın 5-də yerli sakin əmlakının oğurlanması məqsədi ilə hücuma məruz qalması barədə polisə şikayət edib.

Polis müəyyən edib ki, həmin tarixdə, təqribən səhər saat 6 radələrində İlyuşina küçəsində kişiyə qarşı zor tətbiq edilərək pulu və şəxsi əmlakı mənimsənilib. Zərərçəkən dəyən ziyanın 18 min rubldan artıq olduğunu bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin 19 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "soyğunçuluq" maddəsi üzrə cinayət işi qaldırılıb. Maddəyə görə həmyerlimizi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi