Yuxarı

​Rusiya Azərbaycan vətəndaşını “İnterpol” xəttilə axtarışa verib - FOTO

O, Nəmirli kəndində anadan olub

Bakı. 30 iyun. REPORT.AZ/ Rusiya Federasiyası Azərbaycan Respublikası vətəndaşını “İnterpol” xəttilə beynəlxaq axtarışa verib.

“Report”un xəbərinə görə, Aleksandr Baturin adlı şəxs terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinir.

A.Baturin 11 sentyabr 1982-cı ildə Azərbaycanda, Nəmirli kəndində anadan olub. O, ikili vətəndaşlıq daşıyır. Belə ki, A.Baturin həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi