Rusiya-Azərbaycan sərhədində nadir şahin quşları saxlanılıb

Rusiya-Azərbaycan sərhədində nadir şahin quşları saxlanılıb Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiyadan Azərbaycana gizli yolla gətirilən 3 ədəd nadir şahin quşu iki ölkənin sərhədində saxlanılıb.
Hadisə
130
13 Noyabr , 2018 14:51
Rusiya-Azərbaycan sərhədində nadir şahin quşları saxlanılıb
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiyadan Azərbaycana gizli yolla gətirilən 3 ədəd nadir şahin quşu iki ölkənin sərhədində saxlanılıb. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, fakt Dağıstan MR-nın Məhərrəmkənd sərhəd-keçid məntəqəsində həyata keçirilən gömrük nəzarəti zamanı üzə çıxıb. 

Quşlar qonşu ölkəni tərk edən avtomobilin gizli saxlanc yerində olub və onlar barədə gömrük bəyannaməsində məlumat qeyd edilməyib. 

Fakt üzrə Rusiyanın Cinayət Məcəlləsinin “Xüsusi qiymətli vəhşi heyvanların qaçaqmalı” maddəsi üzrə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi