Rusiya axtarışda olan Azərbaycan vətəndaşını vətəninə ekstradisiya edir

Rusiya axtarışda olan Azərbaycan vətəndaşını vətəninə ekstradisiya edir E.Siyahbarzadə Azərbaycan tərəfinə verilməsi üçün Dağıstandakı istintaq təcridxanasına göndərilib
Hadisə
13 Mart , 2017 14:36
Rusiya axtarışda olan Azərbaycan vətəndaşını vətəninə ekstradisiya edir

Bakı. 13 mart. REPORT.AZ/ Rusiyanın Saratov vilayəti prokurorluğu Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü E.Siyahbarzadəyə qarşı ekstradisiya yoxlaması həyata keçirib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, E.Siyahbarzadə Azərbaycanda axtarışda olub.

Qanundan qaçan şəxs Saratov vilayətində saxlanılıb. O, Azərbaycan tərəfinə verilməsi üçün Penitensiar Xidmət tərəfindən Dağıstandakı istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, saxlanılan şəxs 2012-ci ilin aprel ayında Yevlax rayonunda 14 yaşlı qohumuna qarşı cinayət törətməkdə şübhəli bilinir. Ona qarşı yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi