Abşeronda təqaüdçü qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb - FOTO

Abşeronda təqaüdçü qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb - FOTO Abşeron. 28 dekabr. REPORT.AZ/ Abşeronda 25 yaşlı gənc təqaüdçü qadına qarşı soyğunçuluq edib.
Hadisə
606
28 Dekabr , 2018 01:56
Abşeronda təqaüdçü qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb - FOTO

Abşeron. 28 dekabr. REPORT.AZ/ Abşeronda 25 yaşlı gənc təqaüdçü qadına qarşı soyğunçuluq edib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Məmmədli kəndində baş verib.

Belə ki, kəndə gələn təqaüdçü Aypara Mütəllimova dükanlardan birindən ət almaq istəyərkən naməlum şəxs onun portmanatını götürərək qaçıb. Hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı soyğunçuluq cinayətini törədən 25 yaşlı Ruhan Zülfüqarov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

Daha əvvəl Abşeron və Binəqədidə 18-dən çox mənzildən oğurluq edən şəxslər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi