Rüfət Səfərov apellyasiya şikayəti verib

Rüfət Səfərov apellyasiya şikayəti verib Qərarı alandan sonra geniş apellyasiya şikayəti ilə məhkəməyə müraciət edəcəm
Hadisə
16 Sentyabr , 2016 13:40
Rüfət Səfərov apellyasiya şikayəti verib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bu barədə "Report"a onun vəkili Bəhruz Bayramov bildirib.

Vəkil Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün qərarını hələ ki, almadığını deyib: "Vaxt az olduğu üçün ilkin apellyasiya şikayətini Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərdim. Şikayət oradan Şirvan Apellyasiya Məhkəməsinə təqdim ediləcək. Qərarı alandan sonra geniş apellyasiya şikayəti ilə məhkəməyə müraciət edəcəm".

B.Bayramov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. R.Səfərov onun barəsində irəli sürülən ittihamla razı olmadığını bildirib. Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi