RSXM: Zəlzələ zonasında afterşoklar davam edir

RSXM: Zəlzələ zonasında afterşoklar davam edir Bakı. 15 fevral. REPORT.AZ/ “Şamaxı və Ağsu rayonları ərazisində afterşoklar davam edir”.
Hadisə
15 Fevral , 2019 10:45
RSXM: Zəlzələ zonasında afterşoklar davam edir
0 : 00
0 : 00

Bakı. 15 fevral. REPORT.AZ/ “Şamaxı və Ağsu rayonları ərazisində afterşoklar davam edir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, zəlzələdən sonra afterşokların naməlum müddətə qədər davam etməsi gözləniləndir: “Zəlzələ ocağı sönənə qədər afterşoklar hələ davam edəcək. Zəlzələ ocağının nə zaman sönəcəyi isə məlum deyil.

Yeraltı təkanlardan sonra seysmoloji ərazilərə yaxın yerdə vulkan püskürmələrinin baş verəcəyi də gözləniləndir. Bunu fevralın 5-də Şamaxıda baş verən zəlzələdən sonra RSXM-nin direktoru Qurban Yetirmişli də deyib”.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Nəticədə Şamaxıda 41 ev yaşayış üçün yararsız hesab edilib. 63 evin bərpasının mümkün olması, 42 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi