"Royal Ekspress" MMC-nin kassasından pul oğurlayan şəxs tutulub

"Royal Ekspress" MMC-nin kassasından pul oğurlayan şəxs tutulub Saxlanılan şəxs çalışdığı MMC-nin kassasından 2555 manat və 1050 dollar pul oğurlayıb
Hadisə
18 Fevral , 2016 14:21
Royal Ekspress MMC-nin kassasından pul oğurlayan şəxs tutulub

Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda "Royal Ekspress" MMC-nin kassasından pul oğurlayan şəxs tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oğurluq hadisəsi ötən il sentyabrın 21-dən cari il fevralın 17-dək olan müddətdə Nəsimi rayonu ərazisindəki "Royal Ekspress" MMC-də olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində orada işləyən və MMC-nin kassasından 2555 manat və 1050 dollar pul oğurlayan Lerik rayon sakini Vüqar Xosrofov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi