Rövşən Lənkəranskinin qohumu Bakıdakı restoranda faciəli şəkildə ölüb

Rövşən Lənkəranskinin qohumu Bakıdakı restoranda faciəli şəkildə ölüb Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb
Hadisə
11 sentyabr 2018 07:43
Rövşən Lənkəranskinin qohumu Bakıdakı restoranda faciəli şəkildə ölüb
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda məşhur restoranda gənc oğlan faciəli şəkildə ölüb.

“Report”un xəbərinə görə, Nizamı rayonunda yerləşən “Neon Palace” restoranında Lənkəran şəhər sakini 2002-ci il təvəllüdlü Qalib Tacəddin oğlu Əzimov ərzaq daşıyan liftlə tavanın arasında qalaraq dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qohumu olub. “Neon Palace” restoranının sahibi isə Lənkəranskinin qohumlarıdır.

Son xəbərlər

Orphus sistemi