Rövşən Lənkəranskinin cənazəsi bu axşam İstanbuldan xüsusi reyslə Lənkərana gətiriləcək

Rövşən Lənkəranskinin cənazəsi bu axşam İstanbuldan xüsusi reyslə Lənkərana gətiriləcək O, avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq
Hadisə
18 Avqust , 2016 19:08
Rövşən Lənkəranskinin cənazəsi bu axşam İstanbuldan xüsusi reyslə Lənkərana gətiriləcək

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi bu axşam Lənkərana gətiriləcək. 

“Report”un əldə etdiyi məlumata görə, İstanbul-Lənkəran xüsusi reysi ilə uçan təyyarə Bakı vaxtı ilə saat 21:45-də Lənkəran şəhər hava limanına enəcək. 

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərində baş verib. Belə ki, Barbaros bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin qarşısına gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. 

Son xəbərlər

Orphus sistemi