"Riyad" ticarət mərkəzində yanğın olub, iki nəfər xəsarət alıb

"Riyad" ticarət mərkəzində yanğın olub, iki nəfər xəsarət alıb Bakı. 15 iyul. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Riyad ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Hadisə
15 İyul , 2018 16:33
Riyad ticarət mərkəzində yanğın olub, iki nəfər xəsarət alıb

Bakı. 15 iyul. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "Riyad" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilir ki, hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi