​"Riyad-Farm" Vergilər Nazirliyini məhkəməyə verib

​"Riyad-Farm" Vergilər Nazirliyini məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
19 Sentyabr , 2015 14:09
​Riyad-Farm Vergilər Nazirliyini məhkəməyə verib

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Riyad-Farm" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini (BVD) məhkəməyə verib.

“Report”un xəbərinə görə, MMC departamentin tərtib etdiyi aktların ləğv edilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, 1998-ci ilin mart ayında təsis edilən "Riyad-Farm" Azərbaycanda əczaçılıq bazarında ən qabaqcıl distribütorlardan biri sayılırdı. Şirkət 2003-cü il aprel ayının 1-i Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində "Dövlət qeydiyyatı"na alınıb. Hazırda dərman satışını dayandırıb.

Son xəbərlər

Orphus sistemi