Riqa-Bakı aviareysi baş tutub

Riqa-Bakı aviareysi baş tutub Bakı. 6 avqust. REPORT.AZ/ Ötən gecə Riqadan (Latviya) Bakıya uçarkən mühərrikində yaranmış problem səbəbindən geri qayıtmış “AirBaltic aviaşirkətinə məxsus sərnişin təyyarəsi, təqribən, 6 saatlıq gecikmədən sonra Azərbaycan paytaxtına çatıb.
Hadisə
100
6 Avqust , 2018 09:05
Riqa-Bakı aviareysi baş tutub

Bakı. 6 avqust. REPORT.AZ/ Ötən gecə Riqadan (Latviya) Bakıya uçarkən mühərrikində yaranmış problem səbəbindən geri qayıtmış “AirBaltic" aviaşirkətinə məxsus sərnişin təyyarəsi, təqribən, 6 saatlıq gecikmədən sonra Azərbaycan paytaxtına çatıb.

Bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, təyyarə, təxminən, yarım saat bundan əvvəl Azərbaycana paytaxtında yerə enib.

Xatırladaq ki, təyyarə Bakı vaxtı ilə ötən gün 23:15-də Riqa beynəlxalq hava limanından havaya qalxıb. Hava gəmisi təqribən 300-400 km uçduqdan sonra saat 00:30-da geri qayıdıb.

Təyyarənin sərnişinləri Riqa aeroportunun gözləmə zalına yerləşdirilib. Onlara isti şal, qida və su verilib. Bundan sonra "BT732" saylı aviareysin vaxtı dəyişdirilib. Yenidən uçuş Bakı vaxtı ilə bu gün saat 05:00-da baş tutub və 3 saatdan bir qədər çox davam edib. 

Son xəbərlər

Orphus sistemi