Reyddə saxlanılan sürcülərdən özünümüdafiə bəhanələri - VİDEO

Reyddə saxlanılan sürcülərdən özünümüdafiə bəhanələri - VİDEO Zərdabda yol hərəkəti qaydalarını pozan 50-dən çox sürücü barəsində inzibati qaydada protokollar tərtib olunub
Hadisə
14 Avqust , 2015 14:40
Reyddə saxlanılan sürcülərdən özünümüdafiə bəhanələri - VİDEO

Bakı. 14 avqust. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava" aylığı çərçivəsində Zərdab rayonunda  reyd keçirib. 

"Report" xəbər verir ki, məqsəd havanın çirklənməsinə qarşı nəzarətin gücləndirilməsi, avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin qarşısını almaqdır.

Reyd zamanı sürət həddinin aşılması, ötmə, manevretmə, qarşı hərəkət zolağına çıxma, avtomobili müvafiq sənədləri olmadan idarə etmək və maşınlara əlavə avadanlıq quraşdırılması kimi halları aşkar olunub.
Yol polisi "VAZ 2107" markalı avtomobilin ön hissəsini əlavə avadanlıqlarla qaldırdığına, arxa hissəsini isə aşağı saldığına görə sürücünü saxlayıb. Yerindəcə araşdırma zamanı məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi də yoxdur. Sürücü bildirib ki, avtomobili  əlavə avdanlıq və vasitələr quraşdırılmış şəkildə alıb: "Cavan oğlanam, "07"-nin qabağını qaldırıb sürməsən onun ləzzəti olacaq ki?"

Qeyd edək ki, ümumilkdə reyd zamanı yol hərəkəti qaydalarını pozan 50-dən çox sürücü barəsində inzibati qaydada protokollar tərtib olunub.

Son xəbərlər

Orphus sistemi