“Atəşgah Sığorta”nın ​“Rəvan Sığorta”ya qarşı apellyasiya şikayətinə baxılıb

“Atəşgah Sığorta”nın ​“Rəvan Sığorta”ya qarşı apellyasiya şikayətinə baxılıb Qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
14 Yanvar , 2016 09:08
“Atəşgah Sığorta”nın ​“Rəvan Sığorta”ya qarşı apellyasiya şikayətinə baxılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Atəşgah Sığorta” şirkətinin “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un məlumatına görə, sonuncu prosesdə qərar elan edilib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin ASC-nin xeyirinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən il “Rəvan Sığorta” ASC “Atəşgah Sığorta” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul tələbi barədə iddia irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Atəşgah Sığorta” şirkəti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi