Bakı. 5 fevral. REPORT.AZ/ Bakı şəhəri,Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan restoranın dəhlizində 28 p.m elektrik kabeli yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Restoranda yanğın baş verib
Hadisə
5 Fevral , 2015
09:10
https://static.report.az/photo/be1853df-21fb-4a1f-afb4-1218101ed794.jpg