Yuxarı

Restoranda qadını döyərək pulunu alan şəxsin məhkəməsi başlayır

Restoranda qadını döyərək pulunu alan şəxsin məhkəməsi başlayır

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Ceyhun Hüseynovun cinayət iş üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 

Hakim Azər Tağıyevin icraatına verilən iş üzrə hazırlıq iclası oktyabrın 1-də keçirləcək.

Hadisə bu il iyunun 23-də Səbail rayonu ərazisində baş verib. C.Hüseynov paytaxtın M.Hüseyn küçəsində yerləşən restoranlardan birində Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Məhərrəmova Səbinə Gündüz qızını döyərək 221 manat pulunu əlindən alıb.

Ona Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi