Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan şəxs evlərdən oğurluq edib.
Bu barədə "Report"a
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Namazəliyevin “QAZ-31” markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə aparan, rayon ərazisindəki evlərdən birinin həyətindən elektrik sobası, habelə Biləsuvar rayon sakini İ.Abbasovun mobil telefonunu oğurlayan şəxsin hazırda Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəbiyev olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.