"Report"un 5 illiyi bölgə mərkəzlərində qeyd olunub - FOTO - VİDEO

"Report"un 5 illiyi bölgə mərkəzlərində qeyd olunub - FOTO - VİDEO Report İnformasiya Agentliyinin 5 illiyi Agentliyin bölgə mərkəzlərində də qeyd olunub.
Hadisə
29 Oktyabr , 2019 20:03
Reportun 5 illiyi bölgə mərkəzlərində qeyd olunub - FOTO - VİDEO

Report İnformasiya Agentliyinin 5 illiyi Agentliyin bölgə mərkəzlərində də qeyd olunub.

"Report" xəbər verir ki, Gəncə, Lənkaran və Bərdə şəhərlərində keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, Daxili İşlər Nazirliyinin əməkdaşları, bölgələrdə fəaliyyət göstərən jurnalistlər və "Report"un könüllüləri iştirak ediblər.

Tədbir iştirakçılarına Agentliyin yaranması və fəaliyyəti barədə geniş məlumatlar verilib, bu münasibətlə hazırlanmış videoroliklər nümayiş etdirilib. 

"Report"un Qərb Mərkəzində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov, bölgədə fəaliyyət göstərən tanınmış jurnalistlər - Zakir MuradovXəyalə Mürsəl, Hicran Məmmədova, həmçinin Mərkəzin könüllüləri iştirak ediblər.

Çıxış edənlər "Report"un 5 il ərzində Azərbaycan mətbuatına verdiyi töhfələr, media sahəsinə gətirdiyi yeniliklər barədə danışıb, operativliyi və doğru məlumatı oxucularına çatdırmasında hər zaman seçildiyini bildiriblər.

Sonda "Report"un əməkdaşları tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi