Yuxarı
    Bağlamaq

    “Report” Elmar Vəliyevdən üzr istəyir

    Dinlə

    Bakı. 4 iyul. REPORT.AZ/ İyulun 3-də axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə silahlı hücumla bağlı məlumatı dəqiqləşdirəndən sonra yayan KİV-lərdən biri “Report” idi.

    Belə ki, sosial şəbəkələrdə E.Vəliyevin xəsarət alması xəbəri yayılandan sonra “Report” əməkdaşları rəsmi və qeyri-rəsmi mənbələrdən məlumatın dəqiqləşdirilməsinə çalışırdı. Nəhayət, məlumat əldə edildi və “Report” E.Vəliyevin və mühafizəçisinin yaralandığı xəbərini yaydı. Həmin vaxt bəzi saytlar mühafizəçisinin öldüyünü yazmışdı. Mühafizəçinin öldüyü iddia edilən xəbər “Report”a da daxil olmuşdu, lakin “Report” həmin xəbəri yaymadı. İrəliləyən dəqiqələrdə xəbər axınında mühafizəçinin ölməsi xəbəri “Report”da E.Vəliyevin ölməsi xəbəri kimi yayımlandı. Lakin rəsmi və qeyri-rəsmi mənbələrlə yenidən dəqiqləşmələr aparıldıqdan sonra xəbər qısa müddətdə saytdan çıxarıldı, həmçinin xəbəri “Report”a istinadən yaymış saytlara müraciət edərək onların da xəbərə dəyişiklik etməsinə nail olduq. Sonradan E.Vəliyevlə bağlı rəsmi qurumlar məlumat yaydı və təbii ki, “Report” həmin məlumatların hər birini manşetdə dərc etdi.

    “Report” İnformasiya Agentliyi bu cür yanlış xəbərin verilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev, onun ailə üzvlərindən və oxuculardan üzr istəyir, E.Vəliyevə tezliklə sağlamlığını tam bərpa edərək iş başına dönməyi arzulayır!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi