Yuxarı

Rəhim Qazıyev saxlanılıb

Rəhim Qazıyev saxlanılıb
Keçmiş müdafiə naziri Rəhim Qazıyev

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev saxlanılıb.

Bu barədə "Report"a onun dostu, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Ə.Zeynallı bildirib ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: "Onun hansı səbəbə görə saxlanılması barədə bizə məlumat verilmədi. Dedilər ki, bölməyə sabah gələk. Bu gün 17-ci Polis Bölməsinə gedəcəyik".

Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi