Rayon qeydiyyatında olan avtomobillərin Bakıya daxil olmasına qoyulan qadağanın tətbiqinə başlanılıb - FOTOREPORTAJ

Rayon qeydiyyatında olan avtomobillərin Bakıya daxil olmasına qoyulan qadağanın tətbiqinə başlanılıb - FOTOREPORTAJ Qüvvəyə minən yeni qanun sürücülər tərəfindən birmənalı qarşılanmayıb
Hadisə
15 Sentyabr , 2015 09:14
Rayon qeydiyyatında olan avtomobillərin Bakıya daxil olmasına qoyulan qadağanın tətbiqinə başlanılıb - FOTOREPORTAJ

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gündən etibarən rayon qeydiyyatında olan yük və minik avtomobilləri, eyni zamanda avtobus və mikroavtobusların Bakıya daxil olmasına qoyulan qadağa qüvvəyə minib.

"Report" xəbər verir ki, Bakının Şimal və Cənub girişlərində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə yanaşı Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, Post Patrul Xidməti və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları xidmət göstərir.

Bu gün saat 07:00-dan başlayaraq 100-ə yaxın avtomobilin paytaxta girişinin qarşısı alınaraq ümumi tutumu 800 avtomobil olan xüsusi duracağa yerləşdirilib.

BDYPİ-nin Dövlət Yol Polisi Alayının rəisi müavini, polis polkovnik leytenantı Qüdrət Məmmədov "Report"a bildirib ki, bəzi hallarda avtomobilində təcili paytaxt xəstəxanalarına çatdırılmalı olan xəstələrin olduğu maşınlar Bakıya buraxılır. "Hərə bir bəhanə ilə paytaxt ərazisinə daxil olmaq istəyir. Kimisi xəstəsinin olduğunu, kimi əlil olduğunu vurğulayır. Lakin bütün sürücülər bilməlidir ki, qaydalar hamı üçün tətbiq olunacaq", - Q.Məmmədov bildirib.

Qüvvəyə minən yeni qanun sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi hallarda onlarla polis əməkdaşları arasında mübahisələr yaranır.

Qeyd edək ki, paytaxtın hər iki girişində səhər saat 7-dən axşam saat 10-a qədər xidmət aparılacaq. Rayon maşınlarının saxlanılması üçün nəzərdə tutulan duracaqda sürücülər öz maşınlarını təhlükəsiz və ödənişsiz saxlayacaqlar.

Son xəbərlər

Orphus sistemi