Yuxarı

Rayon icra hakimiyyətinin vəzifəli şəxsləri arasında dava düşüb

Rayon icra hakimiyyətinin vəzifəli şəxsləri arasında dava düşüb

295

Faktla bağlı araşdırma aparılır

Hacıqabul. 25 noyabr. REPORT.AZ/ Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxsləri arasında dava düşüb.

“Report”un Şirvan bürosunun xəbərinə görə, RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Həşimov Şirvan şəhər polis şöbəsinə müraciət edərək bildirib ki, Şirvan şəhərinin ərazisində olan zaman icra hakimiyyətində mühasib işləyən iş yoldaşı Rəşad adlı şəxslə mübahisə edib. İ.Həşimov ərizəsində qeyd edib ki, mübahisə zamanı həmin şəxs ona fiziki güc tətbiq edərək ünvanına təhqiredici və alçaldıcı ifadələr işlədib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi