Yuxarı

Rauf Mirqədirovun məhkəməsində şahidlərin dindirilməsi başa çatıb

Növbəti proses dekabrın 14-də keçiriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev şahidlərin dindiriliməsinin başa çatdığını deyib: "Lakin məhkəmənin istintaqı yekunlaşmayıb. Rauf Mirqədirovun əleyhinə heç bir ifadə verən olmayıb".

Növbəti proses dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi