​Rasim Əliyevin valideynləri daha bir vəkillə müqavilə bağlayıb

​Rasim Əliyevin valideynləri daha bir vəkillə müqavilə bağlayıb Əsabəli Mustafayev məlumatı təsdiqləyib
Hadisə
29 Dekabr , 2015 17:15
​Rasim Əliyevin valideynləri daha bir vəkillə müqavilə bağlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Döyüldükdən sonra xəstəxanada dünyasını dəyişən ann.tv saytının əməkdaşı Rasim Əliyevin hüquqi varisinin hüquqlarının müdafiəsinə daha bir vəkil qoşulub.

"Report"un xəbərinə görə, R.Əliyevin hüquqi varisinin hüquqlarını Fariz Namazlı da müdafiə edəcək.

R.Əliyevin hüquqi varislərinin digər vəkili Əsabəli Mustafayev "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

R.Əliyevi döyərək öldürməkdə təqsirləndirilən E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayevin cinayət materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmə gələn ilin yanvarın 5-də başlayacaq. Prosesə sədrliyi hakim Eldar İsmayılov edəcək.

Son xəbərlər

Orphus sistemi