Bakı. 2 fevral. REPORT.AZ/ Ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin valideynləri Prezident Administrasiyasında olub.
“Report”un xəbərinə görə, bu barədə K.Mədətovun anası İlhamə Mədətova məlumat verib. İ.Mədətova bildirib ki, onları Prezident Administrasiyasının Qəbul şöbəsinin müdiri Əli Orucov qəbul edib: “O bizi dinlədi. Bizə bildirildi ki, bu iş dövlət başçısının nəzarətindədir. Bizə Ədliyyə Nazirliyi və Baş Prokurorluğa müraciət etməyi məsləhət gördü”.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin yaxınları onlara yüngül cəza verilməsini, həmçinin R.Əliyevin müalicəsini aparan həkimlərin istintaqa cəlb edilməsini istəyir.