“Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsinə hal şahidi məcburi gətiriləcək

“Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsinə hal şahidi məcburi gətiriləcək Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən keçmiş polis əməkdaşı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
13 Fevral , 2019 15:21
“Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsinə hal şahidi məcburi gətiriləcək
Report

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən keçmiş polis əməkdaşı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hal şahidi Rövşən Mirzəyevin məhkəməyə gəlmədiyi məlum olub.

Məhkəmə R.Mirzəyevin məcburi gətirilməsi haqqında qərar çıxarıb.

Vəkil Əli Hüseynov hal şahidinin qəsdən məhkəmədən yayındığını deyib.

Proses fevralın 22-də davam etdiriləcək. 

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi