Ramiz Rzayev Xədicə İsmayılın işinə Ali Məhkəmədə baxılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Ramiz Rzayev Xədicə İsmayılın işinə Ali Məhkəmədə baxılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib "Əgər hər hansısa müraciətə baxılıbsa və qərar qəbul edilibsə, Ali Məhkəmə ikinci dəfə məsələyə baxmayacaq"
Hadisə
1 Aprel , 2016 15:16
Ramiz Rzayev Xədicə İsmayılın işinə Ali Məhkəmədə baxılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Bakı. 1 aprel. REPORT.AZ/ Ali Məhkəmənin sədri Ramiz Rzayev həbsdə olan jurnalist Xədicə İsmayılın işinə Ali Məhkəmədə baxılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Report"un xəbərinə görə, R.Rzayev bu məsələ ilə bağlı konkret qərar qəbul olunmadığını qeyd edib: "Bununla bağlı müraciət olubsa, Ali Məhkəmə müraciəti plenuma çıxaracaq. Əgər hər hansısa müraciətə baxılıbsa və qərar qəbul edilibsə, Ali Məhkəmə ikinci dəfə məsələyə baxmayacaq. Müraciət olunubsa, müraciətə baxılıb, qərar qəbul olunacaq. Bu işlə bağlı ya müraciət olunmalıdır, ya da Baş Prokurorluq protest verməlidir. Bu müraciətlər olmasa, biz hansısa işə baxa bilmərik".

Xatırladaq ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib. Hökmdən apelyasiya şikayəti verilib, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb. X.İsmayıl Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti də verib.

Son xəbərlər

Orphus sistemi