Ramil Usubovun rəhbərliyi ilə Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib

Ramil Usubovun rəhbərliyi ilə Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib Müşavirədə 2016-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Hadisə
16 Yanvar , 2016 12:38
Ramil Usubovun rəhbərliyi ilə Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib.

"Report" xəbər verir ki, 2015-ci ildə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan müşavirəyə daxili işlər naziri general-polkovnik Ramil Usubov rəhbərlik edib.

Müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun hesabatı dinlənilib. İdarə rəisi ötən il görülən işlər, həyata keçirilən tədbirlər, ölkədə yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün atılan addımlar barədə məlumat verib.

İclasda 2016-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi