Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb
Hadisə
27 Avqust , 2016 16:05
Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

Bakı. 27 avqust. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 26-da və 27-də Şəki Şəhər-Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərini, həmçinin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələrini dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi