Yuxarı

Ramil Usubov Nardaranda şəhid olmuş polis serjantının hüzr mərasimində iştirak edib - FOTO

Nazir mərhumun yaxınlarına başsağlığı verib

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Bakının Nardaran qəsəbəsində baş verən hadisələrdə şəhid olmuş polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevin Lənkəran şəhərində keçirilən hüzr mərasimində iştirak edib. 

"Report" xəbər verir ki, nazir Ramil Usubov mərhumun yaxınlarına başsağlığı verib. 

Mərasimdə qeyd olunub ki, Azərbaycanda xalqına, millətinə sadiq olan insanlar yaşayır. Heç bir qüvvə xalqın birliyini sarsıda bilməz.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Qəni Axundzadə noyabrın 27-də cənub bölgəsinin ruhanilərinin və dindarlarının bir araya gələrək Prezident İlham Əliyevə müraciət ünvanladıqlarını bildirib: "Cənub bölgəsi dindarlarının dövlətimizə və dövlətçiliyimizə hər zaman sadiq olduqlarını qeyd ediblər".

Qeyd edək ki, 38 yaşlı İsmayıl Tağıyev bu il noyabrın 26-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş xüsusi əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilməsi nəticəsində həlak olan iki polis serjantından biridir. Ağır atletika üzrə Avropa çempionu olan İsmayıl Tağıyev üç övlad atası idi. 

II Fəxri Xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümlərindən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi